Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron və Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini ilə görüşüb.
Rektor Elmar Qasımov qonaqlara rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. Rektor bakalavr və magistratura üzrə tələbə hazırlayan ali məktəbdə yaxın gələcəkdə akademik karyerasını davam etdirmək istəyən tələbələr üçün PhD proqramının fəaliyyət göstərəcəyini bildirib.
Ernesto Rios Patron Meksikanın neft-qaz sektoru və şirkətləri haqqında məlumat verərək qeyd edib ki, Meksika Neft İnstitutu texnoloji tədqiqat və mühəndislik üzrə ixtisaslaşıb. O, BANM ilə təcrübə mübadiləsinin, yeni kurikulum və tədris planlarının birgə işlənib hazırlanmasının mümkün olacağını qeyd edib.
Tərəflər əməkdaşlığa başlamaq üçün tələbə və müəllimlər arasında mübadilə, birgə tədqiqatların həyata keçirilməsi məsələlərini müzakirə ediblər və bu barədə razılığa gəliblər.
Sonra qonaqlar BANM-in kampusunda tələbələr üçün yaradılmış şərait, ən müasir laboratoriyalar, tədris otaqları, idman kompleksi ilə tanış olublar.
Qeyd edək ki, 1965-ci ildə yaradılan Meksika Neft İnstitutu neft sənayesi sahəsində fəaliyyət göstərən tədqiqat mərkəzidir.
Kəmalə Rəhimli