Oktyabrın 6-da UNEC-də Rusiyanın rəqəmsal iqtisadiyyat və e-maliyyə üzrə tanınmış eksperti Ruslan Makarovun iştirakı ilə elmi seminar keçiriləcək.
UNEC Tədqiqat Fondunun təşkil etdiyi elmi seminarın mövzusu “Elektron pullar: mövcud vəziyyət və inkişaf perspektivləri” olacaq.
“Bəşəriyyət” Beynəlxalq Fondunun prezidenti, hüquq elmləri doktoru Ruslan Makarov rəqəmsal iqtisadiyyat və e-maliyyənin (elektron və smart pul, kriptovalyutası) müasir tendensiyalarla vəhdətində mədəni dəyərlərin monetarlaşması üzrə tədqiqatlar aparır. O, Avropa və Asiyada kriptovalyuta və elektron pul vahidlərinin yaradılmasında yaxından iştirak edib. Hüquq, fəlsəfə və etnoloqiya üzrə elmi monoqrafiyaların müəllifidir. Rus Coğrafiya Cəmiyyətinin həqiqi üzvü olan R.Makarov nüfuzlu beynəlxalq və dövlət mükafatlarına layiq görülüb.
UNEC-in Mətbuat Xidməti