Ayaqqabı qutusunda saxlanılan Çin vazası 16,2 milyona satıldı

Ayaqqabı qutusunda saxlanılan Çin vazası 16,2 milyona satıldı Fransada illərlə evin çardağında ayaqqabı qutusunda saxlanılan Çin vazası hərracda 16,2 milyon avroya satılıb.
Təsadüfən tapılan sənət əsəri XVIII əsrə aid olub. Parisdə "Sotheby" muzeyində təşkil edilən hərrac zamanı vazanın 500-700 min avroya satılacağı gözlənilsə də, rekord məbləğə alıcı tapıb.
Muzeyin Asiya sənəti üzrə mütəxəssisi Olivier Valmer açıqlamasında vazanı nadir tapıntı adlandıraraq, 1736-1795-ci illərdə hakimiyyətdə olan imperator Çianlonqa aid olduğunu deyib.

Tehsil-press.az

Oxşar xəbərlər