Nasir Sərac: ASAN xidmət Azərbaycan Prezidentinin böyük uğurudur

Nasir Sərac: ASAN xidmət Azərbaycan Prezidentinin böyük uğurudur Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan ASAN xidmət Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi böyük uğurdur.
Bu sözləri Tehsil-press.az-a müsahibəsində İranın Baş Təftiş Təşkilatının rəisi Nasir Sərac deyib. ASAN xidmətin nailiyyətlərini yüksək qiymətləndirən Nasir Sərac bildirib ki, vətəndaşların müraciətlərinə bir neçə dəqiqə ərzində baxılması və müsbət həll olunması onu deməyə əsas verir ki, Prezident İlham Əliyev korrupsiyaya qarşı barışmaz mövqe tutub. Azərbaycanda ruşvətxorluq və korrupsiyaya qarşı tətbiq edilən mübarizə metodları beynəlxalq ictimaiyyət tərəfindən olduqca müsbət qarşılanır. Azərbaycanın bu sahədəki təcrübəsi artıq bir neçə ölkə tərəfindən tətbiq edilir.
Nasir Sərac rəhbərlik etdiyi təşkilatın da Azərbaycan təcrübəsindən nümunə götürərək Tehranda ASAN xidmətə bənzər mərkəz yaradıldığını qeyd etdi. Bildirdi ki, vətəndaşların bu mərkəzə müraciət edərək qarşılaşdıqları problemlərin tez bir zamanda həll olunması əhali arasında rəğbətlə qarşılanıb.

Tehsil-press.az

Oxşar xəbərlər