Estoniyanın Avropa İttifaqında (Aİ) sədrliyi çərçivəsində Tallin şəhərində Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin görüşü keçirilib.
Tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə daxili işlər nazirinin müavini İsmət Əliyev də daxil olunub.
Aİ-nin yüksək rəsmiləri, üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələri nazirlərinin iştirakı ilə keçirilən görüşdə kibercinayətkarlığa və korrupsiyaya qarşı mübarizə kimi aktual məsələlər, bu sahədə aparılan islahatlar və müsbət təcrübələr müzakirə olunub.
Tədbirdə çıxış edən F.Məmmədov kibercinayətkarlıqla mübarizədə ölkəmizin təcrübəsi, o cümlədən qanunvericilik və institusional tədbirlərdən danışıb. O, transmilli xarakter daşıyan bu kimi cinayətlərlə mübarizədə səmərəli beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Kiberhücumların bir çox hallarda siyasi məqsədlər daşımasının daha böyük təhlükə doğurduğunu qeyd edərək, Azərbaycanın da bundan əziyyət çəkdiyini və erməni hakerlərinin hücumları ilə qarşılaşdığını bildirib.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən nazir dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan qəti mübarizə tədbirləri, Azərbaycan brendi olan və 16 milyon müraciət edənlərin bəhrələndiyi "ASAN xidmət"in yüksək vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti, habelə Baş prokuror yanında geniş səlahiyyətlərə malik olan antikorrupsiya idarəsi, eləcə də bu sahədə mühüm rol oynayan məhkəmə sisteminin müasirləşdirilməsi barədə məlumat verib, ölkəmizin bu bəla ilə qlobal mübarizənin fəal iştirakçısı olduğunu qeyd edib.
Tədbirdə, həmçinin məhkəmə-hüquq islahatlarına toxunularaq Avropa dövlətlərinin bu sahədə qarşılaşdıqları problemlərdən bəhs olunub, məhkəmə sistemlərinin təkmilləşdirilməsinin, əməkdaşlığın genişləndirilməsinin, yaxşı təcrübələrin mübadiləsinin əhəmiyyəti qeyd olunub, bu məqsədlə mütəmadi toplantıların keçirilməsi məqsədəmüvafiq bilinib.
Səfər zamanı F.Məmmədov və Estoniyanın ədliyyə naziri Urmas Reinsalu ilə ikitərəfli görüş keçirilib.
Görüşdə iki ölkə arasında hüquqi sahədə əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlərin olduğu vurğulanıb, Estoniya tərəfi qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə bağlı niyyətini ifadə edib.
Eyni zamanda, Aİ-nin rəsmiləri, habelə bir sıra dövlətlərin, o cümlədən Bolqarıstan, Belarus, Ukrayna və Gürcüstanın ədliyyə nazirləri ilə görüşlər keçirilərək əməkdaşlığa dair müzakirələr aparılıb.
Təhsil-press.az