Ərdoğan seçkilərə ayaqyalın gedən cütlüyü iqamətgahına çağırdı

Ərdoğan seçkilərə ayaqyalın gedən cütlüyü iqamətgahına çağırdı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahmanmaraşın Andırın kəndində seçkilərə ayaqyalın qatılan Əminə və Mahmud Yılmaz cütlüyünü Ankaradakı iqamətgahına çağırıb.
Əminə-Mahmud cütlüyü iyunun 24-də keçirilən prezident və millət vəkilləri seçkilərinə evlərindən 2 kilometr məsafədə yerləşən səsvermə məntəqəsinə ayaqyalın getmişdilər. Onlar bunu "4 il əvvəl əhd etmişdik. Səsimizi prezidentimizə vermək üçün ayaqyalın yollara düşəcəyik demişdik, indi əhdimizi yerinə yetiririk" sözləri ilə izah ediblər. Hadisə mediada işıqlandırıldıqdan sonra Ərdoğan Mahmud Yılmaza zəng edib. Yılmaz hələ də prezidentin zənginə inana bilmədiyini deyir:
"Əvvəlcə inanmadım. Dedim, bəlkə kiminsə zarafatıdır. Sonra prezidentimizin səsini eşitdim, salamlaşdıq. Hələ də şokdayam".
Əminə Yılmaz isə lazım gələrsə, prezidentlə görüşmək üçün də Ankaraya ayaqyaıln gedə biləcəyini bildirib:
"Onu çox sevirəm. Onunla ana-oğul kimi qucaqlaşmaq istəyirəm".

Tehsil-press.az

Oxşar xəbərlər