Səfir Trampın siyasətinə etiraz edib istefa verdi

Səfir Trampın siyasətinə etiraz edib istefa verdi ABŞ-ın Estoniyadakı səfiri Ceyms D.Melvill prezident Donald Trampdan narazı olduğu üçün istefa verib.
Bu barədə Foreign Policy nəşri siyasətçinin feysbukdakı statusuna istinadən məlumat yayıb. Diplomatın mesajı sosial şəbəkədə ancaq dostları üçün açıq olsa da, nəşr səhifəyə giriş imkanı əldə edə bilib.
Səfir statusunda prezidentin ABŞ-ın müttəfiq ölkələrinə münasibətdə etdiyi çıxışlar və apardığı siyasətdən narazı olduğunu bəyan edib:
“Prezident üçün “Avropa İttifaqı onun görə yaradılıb ki, pul daxılımıza hücum etmək üçün ABŞ-dan istifadə edilsin” və ya “NATO NAFTA (Şimali Amerika Azad Ticarət Birliyi) qədər pisdir” demək, nəinki faktiki olaraq səhvdir, həmçinin sübut edir ki, mənim getmək vaxtım çatıb”.
Səfir əlavə edib ki, son iş günü iyulun 29-u olacaq.
Ceyms D.Melvill 33 il diplomat olaraq çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər