İndoneziyada 140-a yaxın sərnişinin olduğu bərə batıb

İndoneziyada 140-a yaxın sərnişinin olduğu bərə batıb İndoneziyanın Sulavesi adası yaxınlığında sərnişin bərəsi aşıb.
Qəzaya uğrayan gəmidə 139 sərnişin olub.
Hazırda bölgədə xilasetmə işləri başlayıb. Hələlik nə qədər sərnişinin xilas edildiyi məlum deyil.
Son məlumatlara görə, 4 nəfərin ölümü təsdiq edilib.

Tehsil-press.az

Oxşar xəbərlər