Türkiyənin "ilk seçilmiş prezidenti" nin andiçmə mərasimi geniş maraq doğurdu

Türkiyənin 9 iyul tarixində baş tutacaq tədbirə 17 prezident və dünyanın 20-dən çox yüksək vəzifəli siyasi xadimi qatılacaq. Bu haqda Tehsil-press.az-a Türkiyə mediyasına istinadən xəbər verir.
Mərasimdə 17 prezident, 4 baş nazir və parlament spikerlərinin iştirakı artıq təsdiq edilib. Onların arasında: Bolqarıstan prezidenti Rumen Radev, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Ukrayna prezidenti Petro Poroşenko, Makedoniya prezidenti George İvanov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovina İdarəetmə Şurasının sədri Bəkir İzzətbegoviç, Kosovo prezidenti Haşim Tacı, Pakistan prezidenti Memnun Hüseyn, Qırğızıstan prezidenti Sooranbay Jeyenbəyov, Qvineya prezidenti Alfaa Konde, Zambiya prezidenti Edgar Lungu, Qvineya-Bisau prezidenti Xose Mario Vaz, Somali prezidenti Məhəmməd Abdullah, Mavritaniya prezidenti Məhəmməd Ul Əbdul Əziz, Venesuela prezidenti Nikolas Maduro, Şimali Kipr Respublikasının prezidenti Mustafa Akıncı, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov, Macarıstanın baş naziri Viktor Orban, Albaniyanın baş naziri Edi Rama, Fələstinin baş naziri Rami Hamdallah, Seneqalın baş naziri Məhəmməd Dion, Qaqauziya muxtar bölgəsinin prezidenti İrina Vlah, Tatarıstan prezidenti Rüstəm Minnixanov, Küveyt parlamentinin sədri Marzuq Al-Qanim.
Yaxın günlərdə digər dövlət başçıları və bəzi hökumət başçılarının 9 iyul mərasimində iştirak edəcəkləri məlum olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər