Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) birinci, ikinci və beşinci ixtisas qrupları üzrə ali məktəblərə daxil olmaq istəyən abituriyentlər üçün “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günündə abituriyentlərə fakültələr, ixtisaslar, tədris prosesi, tələbə həyatı və s. barədə məlumat verilib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədris ocağının tarixindən danışıb, universitetdə bu günədək 50 mindən artıq ali təhsilli kadr hazırlandığını deyib. Bildirilib ki, hazırda AzMİU-da səkkiz fakültədə yeddi minədək tələbə təhsil alır, onlardan 700-ü xarici ölkə vətəndaşıdır. Tədris üç dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. Rektor fakültələr, universitetin beynəlxalq əlaqələri barədə də geniş məlumat verib. Universitetin ixtisaslarının həmişə aktual olduğunu, hazırladıqları kadrlara həmişə hər yerdə ehtiyac duyulduğunu diqqətə çatdıran G.Məmmədova abituriyentlərə imtahanlarda uğurlar diləyib, düzgün seçim etmələrini arzulayıb.
Universitetə yüksək balla daxil olan tələbələr burada yaradılan şəffaf mühitdən, obyektivlikdən, tələbə-müəllim münasibətlərinin səmimiliyindən razılıq edib, bu ali məktəbdə oxuduqlarından qürur duyduqlarını, AzMİU-nu seçməkdə yanılmadıqlarını bildiriblər.
Sonra abituriyentlər və onların valideynləri AzMİU ilə tanış olublar.
Hikmət Əliyev