Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda bu il aparılan araşdırmalar nəticəsində müxtəlif növ plagiatlığı aşkarlamaq üçün metodlar işlənilib. İnformasiya təhlükəsizliyi sahəsində Big Data texnologiyalarının multidisiplinar problemləri araşdırılıb, proqram məhsullarının monitorinqi üçün istifadə olunan üsullar analiz edilib. Əşyaların interneti texnologiyalarının elmi-nəzəri problemləri təhlil olunub. Həmçinin institut alimləri tərəfindən elektron-dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metodlar işlənib, elektron-tibb sahəsində beynəlxalq təcrübə öyrənilib, informasiya və bilik iqtisadiyyatını xarakterizə edən göstəricilər araşdırılıb, viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlər işlənib.
Bu barədə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elm müəssisəsinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat məruzəsində məlumat verib.
Alim elmi-innovasiya fəaliyyəti çərçivəsində institutun iştirak etdiyi dövlət proqramları, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, həmçinin Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələr, elektron elmin formalaşması üzrə görülən işlər və s. barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, bu il 1.247 doktorant və dissertant elm informatikası fənni üzrə kurslarda iştirak edərək imtahan verib.
İnstitutun beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirdiyi tədbirlərdən danışan R.Əliquliyev il ərzində institutun müxtəlif beynəlxalq qurumlar və assosiasiyalarla əməkdaşlıq etdiyini, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasına qatıldığını, xarici alimlərlə birgə elmi tədqiqatların aparıldığını, 50-dən çox ölkənin elmi qurumları ilə əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.
Elmi-təşkilati tədbirlər haqqında məlumat verən akademik Viki-Mərkəz, Multimedia Mərkəzi, eləcə də 2017-ci ildə yaradılmış veb-saytlar barədə danışıb. Bildirilib ki, institut əməkdaşları tərəfindən 2017-ci ildə 84 məqalə, dörd kitab və iki ekspress-informasiya nəşr olunub, beynəlxalq və respublika səviyyəli konfranslarda alimlərin 126 məruzəsi dinlənilib. Cari il üzrə nəşr olunmuş 210 elmi əsərdən 87-si nüfuzlu bazalara daxil edilib.
Tehsil-press.az