Bakı Ali Neft Məktəbi (BANM) 2018/2019-cu tədris ilindən biznesin idarə olunması (MBA) proqramının tədrisinə başlayır.
Bu istiqamət üzrə ilk dəfə qəbulun həyata keçirilməsinə baxmayaraq, magistraturaya qəbul olmaq istəyən tələbələr böyük maraq göstərirlər. Belə ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Magistr” jurnalına əsasən, BANM-in MBA ixtisası üzrə elan etdiyi yerlərin hamısı dolub. Sentyabrdan etibarən MBA proqramı bu ali məktəbə qəbul olmuş tələbələrə tədris ediləcək.
BANM-in MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Ali məktəbin təqdim etdiyi innovativ MBA proqramı müasir çağırışlar və trendlərə tam cavab verəcək. Proqram tələbələrə rəqabətədavamlı karyera imkanları, əlverişli dərs qrafiki, akademik mükəmməllik, geniş professional biznes əlaqələri və Azərbaycanın ən tanınmış mütəxəssislərindən praktiki biliklər əldə etmək imkanı verəcək.
MBA proqramında strateji idarəetmə, maliyyənin idarə olunması, marketinq konsepsiyaları, menecerlər üçün mühasibat, informasiya texnologiyalarının idarə olunması, kapital qoyuluşu və maliyyə strategiyaları və digər önəmli fənlərin tədrisi nəzərdə tutulub. BANM, həmçinin MBA ixtisasında təhsil alacaq tələbələr üçün müxtəlif şirkətlərdə təcrübə proqramlarına qatılmaq və əldə olunan bilik və bacarıqlarını tətbiq etmək imkanı yaradacaq.
BANM-də MBA təhsili almağın daha bir üstünlüyü isə ondan ibarətdir ki, proqramı tədris edən müəllimlər SOCAR və transmilli şirkətlərin rəhbər vəzifəli şəxsləridir.

Hüseyn Şərifov