Bakı Dövlət Universitetində (BDU) növbəti tyutor hazırlığı kurslarını başa vurmuş tyutorlara sertifikatların təqdimetmə mərasimi keçirilib.
Mərasimdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov 2008-ci ildən Avropa İttifaqının “Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində Boloniya prosesinin baza prinsiplərinin və “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kursları keçirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, artıq 10 il müddətində davam edən kursda BDU və digər universitetlər üçün ümumilikdə 286 tyutor hazırlanıb.
Rektor deyib ki, BDU və digər ali təhsil ocaqları üçün təşkil olunmuş X tyutor hazırlığı kursları 2017-ci il noyabrın 1-dən 2018-cı il iyunun 30-dək öz işini davam etdirib. Kursun keçirildiyi müddətdə təhsilini və yekun imtahanını müvəffəqiyyətlə başa vurmuş 12 namizədin hər biri A-sertifikatına (qırmızı) layiq görülüb.
Sonra tyutor hazırlığı kurslarını başa vurmuş tyutorlara sertifikatlar təqdim olunub.
Hüseyn Şərifov