İclası giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov gündəlikdə olan məsələləri təqdim edib. Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2016/2017-ci ilin payız semestrinin imtahan sessiyasına hazırlıq haqqında məruzə ilə çıxış edib. Hüquq fakültəsində tədrisin və elmi fəaliyyətin təşkili və təkmilləşdiriməsi haqqında fakültənin dekanı, professor Əmir Əliyev məlumat verdikdən sonra elmi adların verilməsi və cari məsələlər müzakirə olunub.
İclasın sonunda Qafqazın ən böyük təhsil facebook səhifəsi olan 145 minlik "Azərbaycan Universitetləri"nin admini Zöhrab Süleyman “İlin ən yaxşı rektoru” diplomunu rektor, akademik Abel Məhərrəmova təqdim edib. Tələbələr arasındakı nüfuzuna, rektoru olduğu ali təhsil müəssisəsində tələbələr üçün əsl nümunəvi şərait yaratdığına, rəhbərlik etdiyi universitetin media ilə əlaqələrinin daha sıx olmasına və digər universitet tələbələri arasında keçirilən sorğuda qalib olan rektor, akademik Abel Məhərrəmov simvolik diplomu qəbul edib, sorğuda iştirak edən tələbələrə öz təşəkkürünü bildirib.
Mətbuat və İnformasiya şöbəsi