Rektor: Müdafiə sənayesi üçün mütəxəssis hazırlığı universitetin diqqət mərkəzindədir

Rektor: Müdafiə sənayesi üçün mütəxəssis hazırlığı universitetin diqqət mərkəzindədir Fevralın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin nümayəndələri ilə görüş keçirib.
Görüşdə rektor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbdə aparılan tədris prosesi, ixtisaslar və haqqında qonaqlara ətraflı məlumat verib. Rektor müdafiə sənayesi üçün mütəxəssis hazırlığının universitetin diqqət mərkəzində olduğunu deyib. Ölkənin ən vacib sahələrindən biri kimi müdafiə sənayesinə dəstək verilməsi üçün birgə əməkdaşlıq əlaqələrinin genişlədirilməsinə toxunan M.Babanlı mövcud texnologiyaların tətbiqinin, həmçinin startap layihələri ilə yeni qurğuların təkmilləşdirilməsinin vacib olduğunu bildirib.
Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin nümayəndələri bu sahədə ixtisaslı kadrlara ciddi tələbatın olduğunu söyləyiblər. Müdafiə sənayesi üçün yeni texnologiyaların və qurğuların istifadəsində və tətbiqində mütəxəssis hazırlığının prioritet olduğunu qeyd edən nazirlik rəsmiləri bu istiqamətdə tədris kontentinin birgə həyata keçirilməsinin vacibliyinə toxunublar.
Daha sonra görüşdə əməkdaşlıq istiqamətləri və birgə görüləcək işlərin planlaşdırılması ətrafında müzakirə aparılıb. Görüşün sonunda tərəflər arasında tələbələrin təcrübələrinin təşkili üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
Qonaqlar görüşdən sonra ADNSU-nun Lazer Mərkəzi ilə tanış olublar.

Hüseyn Şərifov


Rektor: Müdafiə sənayesi üçün mütəxəssis hazırlığı universitetin diqqət mərkəzindədirRektor: Müdafiə sənayesi üçün mütəxəssis hazırlığı universitetin diqqət mərkəzindədirRektor: Müdafiə sənayesi üçün mütəxəssis hazırlığı universitetin diqqət mərkəzindədirRektor: Müdafiə sənayesi üçün mütəxəssis hazırlığı universitetin diqqət mərkəzindədirRektor: Müdafiə sənayesi üçün mütəxəssis hazırlığı universitetin diqqət mərkəzindədir

Oxşar xəbərlər