Fransa yığmasını Parisdə minlərlə insan qarşıladı

Fransa yığmasını Parisdə minlərlə insan qarşıladı Futbol üzrə Fransa milli komandası Rusiyada keçirilən dünya çempionatından sonra vətənə qayıdıb.
Fransa millisinin məşqçilərini və oyunçularını paytaxt Parisdə minlərlə insan qarşılayıb. DÇ-2018-in qalibi olan komanda çempionluq paradı təşkil edib.
Baha bir maralı fakt. Bu arada məlum olub ki, Fransa yığmasının qələbə qazanması şərəfinə Paris metrosunun 6 stansiyasının adı dəyişdirilib.
Yeni adlar yığmanın futbolçularının, baş məşqçisinin adlarını və ya bilavasitə mundialda qələbəni köhnə adlara qoşmaqla söz oyunu yolu ilə tərtib edilib.
Məsələn, “Notr-Dam-De-Şam” stansiyası komandanın baş məşqçisi Didye Deşamın şərəfinə “Notr-Dam-Didye-Deşam”, “Viktor Hüqo” stansiyası isə qapıçı Uqo Lyorisin şərəfinə “Viktor Uqo Lyoris” adlandırılıb.
Xatırladaq ki, iyulun 15-də keçirilən final matçında 4:2 hesabı ilə Xorvatiya millisini məğlubiyyətə uğradan Fransa yığması futbol tarixi ərzində ikinci dəfə, 1998-ci ildən isə birinci dəfə dünya çempionatının qızıl medalını qazanıb.

Fransa yığmasını Parisdə minlərlə insan qarşıladı

Tehsil-press.az

Oxşar xəbərlər