BANM-a 5 il öncə 675 balla daxil olan və bu il məzun olaraq İtaliyanın Milan Politexnik Universitetində ödənişsiz magistratura təhsilini davam etdirəcək Elvin İsmayılovla müsahibə
- Elvin, bu il BANM-ı bitirib məzun oldunuz. BANM-ın məzunu olmaq sizin üçün nə deməkdir?
- İlk növbədə, bizim Ali Məktəbimizin tələbəsi olmağın nə demək olduğunu sizə deyim. BANM-ın tələbəsi olmaq - savadlı və təcrübəli müəllim-professor heyətinə sahib, yeni təlim-tədris metodlarının tətbiq olunduğu, müasir standartlara uyğun tədris proqramı, laboratoriyalar və bu kimi digər əvəzolunmaz üstünlüklərə malik bir ali məktəbin yaratdığı imkanlardan yararlanan çox şanslı bir gənc olmaq deməkdir. BANM-ın məzunu olmaq isə yüksək rəqabətli iş mühitində dayanıqlı, müasir texnologiyaya və istehsalata bələd, bilikli, məsuliyyətli və daim öz üzərində çalışmaqla inkişafda olan bir mütəxəssis olmaq deməkdir.
- İtaliyanın Politexnik Universitetinə daxil olmusuz. Akademik və digər uğurlarınızda kimin və ya nəyin rolu vardır?
- Uğurlarımda hər zaman mənə motivasiya verən və dəstək olan ailə üzvlərimdir. Akademik göstəricilərin yaxşı olması və digər bununla bağlı uğurlar ilk öncə üzərimdə olan məsuliyyəti tam dərk etməyimlə bağlıdır. Çünki gediləcək yolun sonundakı nəticəni görmək arzusu insanı ora çatmağa daha da ruhlandırır. Belə olan halda bu insanı daha inadkar, yorulmaz, və daim axtarışda olan birinə çevirir.
- BANM-a daxil olanda, yoxsa Milan Politexnik Universitetinə daxil olanda daha çox sevinmişdiz?
- Əgər nəzərə alsaq ki, orta məktəbi bitirdikdən sonra ilk uğurum BANM-a daxil olmağım idi, bu daha çox sevindirici idi. Həm də unutmaq olmaz ki, Milan Politexnik Universitetinə daxil olmağım BANM-da təhsil aldığım beş ilin uğurlu nəticəsidir.
- İtaliyada magistraturanı bitirdikdən sonra vətənə qayıdacaqsız, yoxsa həyatınızı və karyeranızı Azərbaycandan kənarda planlayırsız?
- Düzünü desəm, magistratura təhsilimdən sonra karyeramı xaricdə başlamaq və bir müddət orada yaşamaq mənim hədəfimdir. Buna səbəb hal-hazırda ölkəmizdə yeni tikilən zavodların, qazılan neft quyularının və istehsalatın digər əlaqəli sahələrindəki proseslərin texnologiyasının, tələblərinin müasirləşməsidir. Mən inanıram ki, xarici ölkələrin sahib olduğu müasir texnologiya və onun elementlərini mənimsəyib daha sonra bu təcrübəni Azərbaycana gətirməklə ölkəmə daha faydalı ola bilərəm.
- BANM-da “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, Milan Politexnik Universitetində isə “Avtomatika və idarəetmə mühəndisliyi” ixtisasını seçmisiniz. Avtomatikaya sizdə həvəs hardandı?
- Mənim nümunəmdə bu sahəyə istiqamətlənmə hələ uşaq vaxtlarından elektronikaya, idarəetməyə olan böyük maraqla bağlıdır. Lakin bu sahəni böyüdükdən sonra da sevməyimin səbəbi atamın müasir istehsalatda avtomatik idarəetmənin təsirlərindən tez tez danışaraq məni motivasiya etməsi olub. Düşünürəm ki, gənclər gərək öz dövrlərinin deyil, ən azından 10 il daha sonra aktual olacaq bir sahənı araşdırsınlar və həmin istiqamətdə olan ixtisaslarda təhsil alsınlar. Mənim ixtisasım əslində yeni olmasa da onun müasir dünyada tətbiqləri yeniləşir və bu yeniləşmə özünü dar bir çərçivədə deyil bir-biri ilə sıx əlaqədə olan bir neçə ixtisasın inkişafında nümayiş etdirir. Belə olan halda isə ixtisasım məni həm qane edir, həm də daim axtarılan bir potensial mütəxəssisə çevirmiş olur.
- Elvin, niyə işləməyi deyil, təhsilinizi davam etdirməyi üstün tutdunuz?
- Əslinə qalsa, mən artıq öz ixtisasımla bağlı karyerama başlamışam.Hazırda SOCAR Polymer şirkətində kiçik Avtomatlaşdırma və idarəetmə sistemləri mühəndisi olaraq işləyirəm. Lakin daha əvvəl də qeyd etdiyim kimi ixtisaslaşdığım sahə çox geniş profilə malikdir və inkişafı çox sürətlə baş verir. Buna görə də müasir tələblərə cavab verə bilmək və daha mütərəqqi işlərə cəlb oluna bilməyim üçün təhsilimi davam etdirmək mənim üçün daha vacib görünür.
- Gələcəklə bağlı nə planlarınız var?
- Qarşımdakı ən yaxın hədəf magistratura təhsilimi uğurla bitirmək, və daha sonra da uyğun iş tapmaqdır.
- Sizcə, insanın uğur əldə etməsi nədən asılıdır?
- İstənilən sahədə uğur qazanmaq üçün ilk öncə bütün marağınla həmin işə başlamaq lazımdır. Uğurun qazanılması zəncirvari prosesdir, ilk uğurunuz növbəti uğurları da gətirəcək. Məsələ odur ki, daha böyük uğurlar daim böyük uğursuzluqların sonrasında gizlənir. Buna görə də, uğurlar ruh yüksəkliyi, yorulmazlıq və son hədəfə çatmaq üçün inadkarlıq tələb edir.
- Bəs siz tələbə adını qazanmaq arzusunda olan gənclərə nə məsləhət görərdiz?
- Mən məsləhət görərdim ki, tədris olunan materialları əzbərləməkdən çəkinsinlər və hər bir mövzunu özlərinə rahat olan formada yadda saxlasınlar. Sınaq imtahanlarında mütəmadi iştirak etsinlər və hər dəfə ayrı imtahan mərkəzində olsunlar. Bu onlara imtahan məkanı stresini yaşamaqdan xilas edəcək. Asudə vaxtlarını da dərs oxumaqla deyil, istirahət etməklə keçirsinlər. Son olaraq, özlərinin bilik və maraq səviyyəsinə uyğun hədəflərini əvvəlcədən müəyyənləşdirsinlər. Bu zaman onlar həm maraqlı tələbəlik illəri yaşayacaqlar, həmçinin ailələrini sevindirə biləcək və ölkəmizə yaralı ixtisaslı kadr kimi yetişəcəklər.

Hikmət Əliyev