Deputat: Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə əlaqələrinin bütün istiqamətlərdə daha da inkişafına imkan verəcək

Deputat: Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə əlaqələrinin bütün istiqamətlərdə daha da inkişafına imkan verəcək Azərbaycanla Fransa arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Bunu millət vəkili Rauf Əliyev deyib.
R.Əliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri iki ölkə arasındakı munasibətlərin, o cümlədən iqtisadi əməkdaşlıq sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir:
"Rəsmi səfər çərçivəsində Prezident Fransanın 11 ən nüfuzlu şirkətinin, o cümlədən SADE, “Bouygues Travaux Publics”, “CIFAL”, “IVECO France”, “Airbus”, “Total”ın rəhbərləri ilə görüşlər keçirib. Bu görüşlərdə iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd olunub. Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyəri olan müqavilələr bağlanıb. Azərbaycan tərəfdən “Azərsu” ASC, “Azərkosmos” ASC, “Azərbaycan Hava Yolları” QSC və Fransa tərəfdən “SUEZ Group", Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi, “Thales” şirkəti arasında əməkdaşlıq müqavilələri imzalandı. Bu müqavilələr reallaşdığı təqdirdə onların dəyəri daha da artacaq".
Millət vəkili bildirib ki, müqavilə bağlanılan şirkətlərin əksəriyyəti Azərbaycanda qeyri-neft sektoruna investisiyalar qoymağa maraq göstərirlər: "Bu maraq hazırda Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı məqsədilə aparılan iqtisadi islahatların tələblərinə uyğun gəlir. İnanırıq ki, cənab Prezidentin Fransaya səfəri iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadi əməkdaşlıq sahəsində daha yüksək mərhələyə qalxmasına şərait yaradacaq, bu münasibətlər daha da inkişaf edəcək, çünki bu, hər iki dövlətin və xalqlarımızın mənafeyinə uyğundur".
Qeyd edək ki, Prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Parisə səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb, Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər