Qərbi Kaspi Universitetində ixtisas seçimi ilə bağlı təlim təşkil ediləcək

Qərbi Kaspi Universitetində ixtisas seçimi ilə bağlı təlim təşkil ediləcək Qərbi Kaspi Universitetində abituriyentlər və onların valideynləri üçün ixtisas seçimi mövzusunda təlim təşkil ediləcək.
İyulun 27-də saat 11-də universitetin əsas binasında keçiriləcək təlimdə Dövlət İmtahan Mərkəzinin eksperti də iştirak edəcək.
Təlimin birinci panelində abituriyentlərə doğru ixtisas seçimi, ixtisas seçərkən nəzərə alınmalı məqamlarla bağlı tövsiyələr veriləcək, uğurlu ixtisas seçiminin və kodlaşdırmanın əhəmiyyətli prinsipləri şərh ediləcək, onları maraqlandıran suallar cavablandırılacaq. İkinci paneldə isə ixtisaslar və gələcək karyera imkanları ilə bağlı universitetin ayrı-ayrı fakültələrinin professor-müəllimlərinin təqdimatları olacaq.
Təlim ödənişsizdir.

Tehsil-press.az


Oxşar xəbərlər