Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Hər yeməyin öz tarixçəsi” mövzusunda təlim keçirilib

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Hər yeməyin öz tarixçəsi” mövzusunda təlim keçirilib Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) UNESCO-nun “Qlobal məqsədlər”ə aid qida məhsulları sahəsində "Dünyanın ən böyük dərsi” çərçivəsində “Hər yeməyin öz tarixçəsi” mövzusunda təlim keçirilib.
Təlim təbiət elmləri, coğrafiya və digər fənn müəllimləri üçün nəzərdə tutulub. Müəllimlər təlimdən sonra müvafiq mövzu ilə bağlı maraqlı və səmərəli dərslər keçəcəklər. O deyib: “Təlimi bitirən müəllimlərin dərslərinə qatılan şagirdlər qlobal məqsədlərin formalaşma prosesi barədə məlumat əldə edəcək, həyatları ilə qlobal məqsədlər arasında əlaqə qurmağı öyrənəcək, tipik yeməkləri qiymətləndirməyi və qlobal məqsədlərə nail olmaq üçün müxtəlif həll yollarını müəyyənləşdirəcəklər”.
Təlimdə iştirakçılara “Sağlamlıq və rifah”, “Keyfiyyətli təhsil”, “Səmərəli istehsal və istehlak”, “Su altında həyat”, “Yer üzərində həyat” mövzularında məlumat verilib, “Ərzaq və qlobal məqsədlər”lə bağlı qruplarda təcrübi işlər aparılıb.
Təlim TİPİİ-nin əməkdaşları Elçin Sərdarov, Vüsalə Həsənova və Azad Səlimov tərəfindən aparılıb.
Qeyd edək ki, BMT dünyamızın simasının dəyişdirilməsi, iqtisadi gerilikdən əziyyət çəkən dövlətlərin iqtisadi cəhətdən inkişaf etdirilməsi, yoxsulluqdan əziyyət çəkənlərin bundan xilas olması, xəstəliklərdən əziyyət çəkən ölkələrdə xəstəliklərin kökünün kəsilməsi və bütövlükdə dünyada iqtisadi inkişafın, ədalətin təmin edilməsi məqsədlərini 2030-cu ilədək hədəfə götürən 17 məqsəd və 169 hədəf müəyyənləşdirib. Azərbaycan da daxil olmaqla 2015-ci il sentyabrın 25-də BMT-nin 193 üzv dövləti “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyini” qəbul edib.

Tehsil-press.az

Oxşar xəbərlər