Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün "Refleksiv müəllim" mövzusunda seminar keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) seminar noyabrın 2-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) təşkil olunacaq.
“Poeziyanın tədrisi”nə həsr olunan seminara giriş sərbəstdir.
Seminarın keçirilməsinin əsas məqsədi müəllimlər arasında birlikdə hazırlanmış uğurlu dərs icmallarından faydalanma təcrübəsi yaratmaq, keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq, konstruktiv tənqidə açıq olmaq, prosesi təhlil etmək bacarıqları aşılamaq, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, ideal dərs anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdir.
Qeyd edək ki “Refleksiv müəllim” layihəsinə bu ilin yanvarından start verilib. “Öyrətməyi öyrədirik” devizi altında həyata keçirilən layihə çərçivəsində müəllimlər uğurlu saydıqları dərslərin planını, icmalını və ya qısa videogörüntüsünü həmkarlarına təqdim edirlər. Sonra dərs barədə məlumat verilir və müzakirələr aparılır.
İlin sonunda layihənin fəal iştirakçılarının TİPİİ tərəfindən “Refleksiv müəllim” sertifikatı ilə təltif edilmələri nəzərdə tutulur.

BŞTİ-nin Mətbuat xidməti