“Biz hələ də ümumi iqtisadi potensiyalımızın reallaşdırılmasında maneələrlə üzləşirik və mübahisəsiz, bu maneələrin ən böyüyü geosiyasi yox, bürokratikdir”. Tehsil-press.az-n məlumatına görə, bunu ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun payız sessiyasının “ATƏT regionunda yaxşı idarəetmə iqtisadi inkişafın möhkəmləndirilməsinin zəmini kimi” adlı toplantısında çıxışı zamanı deyib.
A.Quliyev bildirib ki, qanunun aliliyi üzərində olan yaxşı idarəçilik və dövlət sektorunda doğru idarəçilik inkişaf üçün dərin effektə malikdir.
Vitse-prezidentin sözlərinə görə, yaxşı idarəçilik bir neçə faktorlarla xarakterizə oluna bilər: "Şəffaflıq - insanların qərar qəbuletmə prosesini başa düşmək və onu izləmək imkanları olmalıdır. Bu o dəməkdir ki, onlar qərarın nə üçün və necə verildiyini açıq şəkildə görə bilsinlər. Cavabdehlik - hökumətin təmsil etdiyi ictimaiyyət naminə qəbul etdiyi qərarların nəticələri barədə məlumat vermək, izah vermək və cavablandırmaq öhdəliyi var. Effektivlik və səmərəlilik - hökumət ən yaxşı nəticəni əldə etmək üçün mümkün kadr potensialından, resurslardan və vaxtdan səmərəli istifadə etməklə qərarları yerinə yetirməli və prosesi izləməlidir”.
A.Quliyev bildirib ki, Xəzər Dənizinin son hüquqi statusu hələ də müəyyən olunmayıb və bu da Xəzər hövzəsinin dəniz və təbii resurslarından istifadədə sahilyanı ölkələrin əməkdaşlığının qarşısını alır: “Davamlı inkişaf hər zaman iqtisadi qərar qəbuletmədə açar rolunu oynamalıdır. Mən həmkarlarıma xatırlatmaq istəyirəm ki, biz artıq bir ildir ki, BMT-nin 2030 Davamlı İnkişaf Məqsədləri proqramına başlamışıq. 7 bənddən ibarət “Qlobal Məqsədlər” 2015-ci ilin sentyabr ayının sonlarında qəbul edilib, yoxsulluğun və aclığın aradan qaldırılması, eləcə də gender bərabərliyinin və iqlim dəyişkənliyi də daxil olmaqla digər mətləblərin təşviqi üçün qəlib rolunu oynayır”. Qeyd edək ki, A.Quliyev toplantıya sədrlik edib.
Tehsil-press.az