İbtidai sinif müəllimləri üçün yeni ixtisasartırma proqramlarının sınaq təlimləri təşkil edilib.
Oktyabrın 4-dən başlanan təlimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) keçirilir.
Təlimlərin təşkilinin əsas məqsədi yeni ixtisasartırma proqramlarını sınaqdan keçirdikdən sonra ümumi istifadəyə verməkdir.
Sınaq təlimləri sinfin idarəolunması, ibtidai təhsildə oxuyub-anlama bacarıqlarının inkişafı metodikası, yazı işinin təşkili, qiymətləndirmə vasitələrinin hazırlanması, məktəbəhazırlıq qruplarında öyrədici və inkişafetdirici mühitin təşkili, məktəbəhazırlıq dövründə didaktik oyunlardan istifadə proqramları üzrə aparılır.
TİPİİ-nin əməkdaşları tərəfindən hazırlanan proqramların məzmunundan asılı olaraq təlimlərin müddəti müxtəlifdir.
Sınaq təlimlərinin sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcək.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidmət
Onlayn xəbər abunə xidmət