Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun hesabatı dinlənilib

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun hesabatı dinlənilib “Park İnn” otelində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) illik hesabatına həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə TİPİİ-nin son bir ildə həyata keçirdiyi layihələri əks etdirən videoçarx nümayiş olunub.
Tehsil-press.az xəbər verir ki, tədbirdə institutun direktoru vəzifəsini icra edən Vəfa Yaqublunun hesabat məruzəsi dinlənilib. Məruzəçi TİPİİ-də təhsil sahəsində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. Qeyd edilib ki, 2016-cı ildə 12 min 742 müəllim ixtisasartırma proqramlarında iştirak edib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğulayıb, təhsilin inkişafı ilə bağlı fikirlərini bölüşüb, qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Sonra məktəbəhazırlıq qruplarında işləyən müəllimlər üçün hazırlanmış elektron metodik tövsiyənin təqdimatı olub.
Digər çıxış edən müəllim və mütəxəssislər də cəmiyyətin tərəqqisində təhsilin mühüm rolundan danışıb, ölkəmizdə bu sahəyə xüsusi önəm verildiyini bildiriblər.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun hesabatı dinlənilib
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun hesabatı dinlənilib

Tehsil-press.az

Oxşar xəbərlər