Sumqayıt yolu tam bağlanır - Alternativ yollar

Sumqayıt yolu tam bağlanır - Alternativ yollar Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi və üfiqi nişanlanma xətlərinin çəkilişi işlərinin tam olaraq 18-20 saat ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bu üzdən həmin hissədə iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.
Ancaq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq digər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Alternativ yollar:
1. Sumqayıt şəhəri, Saray və Masazır qəsəbələrindən:
- Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən,
- Binəqədi şossesindən,
- Novxanı-Pirşağı marşrutu üzrə Kürdəxanı-Zabrat, Kürdəxanı-Maştağa-Buzovna və Bilgəh-Buzovna yolları vasitəsi ilə Heydər Əliyev prospektindən şəhərə daxil olmaq mümkündür.
2. H.Z.Tağıyev-Sahil avtomobil yolundan:
- Ələt-Bibiheybət və Ələt-Lökbatan dairəsi-Bakı-Dairəvi-1 yolu,
- Şamaxı yolu-Sulutəpə dairəsi-Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 marşrutu ilə şəhərə daxil olmaq mümkündür.
3. Bakı-Sumqayıt yolundan:
- Xırdalan dairəsi-Binəqədi qəsəbəsi marşrutu üzrə Binəqədi şossesindən, həmçinin Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən,
- Ekologiya postu – 4-cü qapı küçəsi (Biləcəri-Binəqədi yolu) vasitəsi ilə Binəqədi şossesindən, həmçinin 4 -cü qapı küçəsi-Biləcəri qəsəbəsindən,
- Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 yollarından,
- Avtovağzal-Biləcəri qəsəbəsi marşrutu ilə şəhərə daxil olmaq mümkündür.
Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Tehsil-press.az

Oxşar xəbərlər