Birinci vitse-prezident Mehriban Əliyevanın təşkilatçılığı ilə müxtəlif idman yarışlarının keçirilməsi gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır.
Bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kuboku AGF Trophy-nin açılış mərasimində çıxışı zamanı deyib.
Y.Məmmədəliyev qeyd edib ki, son illər Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilməsi artıq ənənəyə çevrilib: “Bu gün müasir Azərbaycan gəncinin seçdiyi idman növü ilə məşğul olmaq, beynəlxalq standartlara cavab verən idman qurğularında məşq etmək imkanı var. Gənclərimiz dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər yarışlarda iştirak edir, Bakıda mütəmadi olaraq tanınmış idmançıların çıxışlarını izləyirlər”.
Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Azərbaycanda idmanın müxtəlif sahələrində əldə edilən nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gənclərin inkişafına göstərdiyi diqqətin və düzgün idman siyasətinin nəticəsidir: “Azərbaycanda bir çox idman növləri üzrə Avropa və dünya çempionatlarının keçirilməsi ənənəsi yaranıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə müxtəlif idman yarışlarının keçirilməsi idmanın kütləviliyinin təmin edilməsində və gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır”.
Y.Məmmədəliyev vurğulayıb ki, son illər ərzində ölkəmizdə gimnastikanın inkişafı, əhalinin bu idman növünə olan marağının artması Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. 2017-ci ilin yekunlarına əsasən Beynəlxalq Gimnastika Federasiyasının fərqlənən federasiyaların reytinq siyahısında AGF-nin birinci olması, Federasiya nümayəndələrinin beynəlxalq gimnastika təşkilatlarında fəal iştirakı bunun bariz nümunəsidir:
“Artıq 3-cü ildir ki, ardıcıl olaraq idman gimnastikası üzrə Dünya Kuboku yarışları Milli Gimnastika Arenasında keçirilir. İdmançıların belə mötəbər turnir üçün buraya toplaşması bir daha göstərir ki, bu unikal Arena təkcə yerli gimnastların deyil, müxtəlif ölkələrdən olan atletlərin də sevimli yarış məkanına çevrilib. Bu yarış meydançasında gimnastların müvəffəqiyyətlə çıxış edəcəklərinə, tamaşaçıların isə yarışlardan zövq alacaqlarına inanıram. Əminəm ki, Novruz bayramı ərəfəsində dünyanın 24 ölkəsindən Azərbaycana təşrif buyurmuş idmançılar öz çıxışları ilə bu bayramımızı əsil idman bayramına çevirəcəklər”.
Prezident Administrasiyasının şöbə müdiri gimnastlara qələbə arzulayıb və idman gimnastikası üzrə Dünya Kubokunu açıq elan edib.

Kəmalə Rəhimli