Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 29-da 77,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.
Bu barədə Tehsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 29-da 77,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,20 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 29-da 74,24 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,21 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 29-da 75,94 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,88 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər