İraqda itkilər artır - 3 ölü, 50 yaralı

İraqda itkilər artır - 3 ölü, 50 yaralı İraqın Bəsrə şəhərində dünən baş verən genişmiqyaslı aksiyalarda ölən və yaralananlar olub.
Öncə telekanal, daha sonra partiya və polis idarəsinin binasını yandıran etirazçılar, axşam saatlarında İranın konsulluq binasını atəşə veriblər.
Polislərin sərt müdaxilələri nəticəsində 3 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Onlardan 26-sı mərmi yarası alıb.
Aksiyaçılar ictimai binalara da zərər verməyə başlayıblar.
Qeyd edək ki, 8 iyuldan etibarən başlayan aksiyalarda yerli xalq kommunal xidmətlərin göstərilməməsinə, elektrik və suyun verilməməsinə, korrupsiyaya etiraz edirlər. Son iki ayda 20-dən çox aksiyaçı ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər