Əsədlə Obamanı birləşdirən ÖLÜM PLANI

Əsədlə Obamanı birləşdirən ÖLÜM PLANI “Əsəd rejimi ilə Rusiya yeni ölüm planı quraraq, bunu həyata keçirmək istiqamətində işə başlayıb. ABŞ isə buna göz yumaraq, dolayısı ilə dəstəkləyir”.

Tehsil-press.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı yazıb.
“Əsədlə Obamanı birləşdirən ölüm planı” başlığı ilə yayımlanan məqalədə müəllif qeyd edir ki, şəhər, qəsəbə və kəndlərdə bazar meydanlarını bombalayan Əsəd rejimi ilə Rusiya 3 həftədir mülki əhalini köçməyə məcbur edir: “İlk hücumlar Hələbdə bazar meydanında oldu. Yüzlərlə insan öldürüldü. Bir həftə sonra Rusiya təyyarələri xəstəxananı bombaladı, 63 nəfər öldü. Hücumlar xüsusilə Hələb və İdlibdədir. Məqsəd burada qətliamlardan qaçan xalqın Türkiyə sərhədinə doğru axın etməsidir. Köçməyə məcbur olan xalqın Türkiyə sərhədlərinə yaxın ərazilərdə sığındıqları düşərgələr də ötən həftənin şənbə günü bombalandı. 60 nəfər həlak oldu. Əsəd rejimi xalqa “məndən qaça bilməyəcəksini” mesajını verir. Maraqlıdır ki, Əsəd rejiminin strateji plan əsasında törətdiyi yeni qətliamlar Rusiyanın Türkiyə sərhədi üzərində təzyiqləri artırdığı bir vaxta təsadüf edir. Bəs, Əsəd və Rusiyanın qurduğu bu planda Amerika hansı rolu üzərinə götürür?”.
Müəllif yazır ki, Türkiyə 2012-ci ildən bəri “uçuşa qadağan olunmuş bölgə” məsələsində üzərində israr edir.
“Əgər bu məsələ öz həllini tapsaydı, Əsəd qətliamlardan qaçaraq, Türkiyə sərhədinə yaxın ərazilərdəki düşərgələrdə yerləşən xalqı bombalaya bilməyəcəkdi. Yəni Suriya xalqı ən azından miqrant düşərgələrində rahat yaşaya biləcəkdi. Lakin Amerika illərdir Türkiyənin irəli sürdüyü bu plana qarşı çıxır və hələ də qarşı çıxmaqda davam edir. Avropa Birliyi də bu məsələdə ABŞ-la eyni tərəfdə idi. Amma miqrant problemindən sonra Avropa bir qədər yumşaldı, xüsusilə Almaniya kansleri Merkel bunu dəstəklədi. Obama isə yox deməkdə israr edir. O, ötən həftə önünə gətirilən “uçuşa qadağan olunmuş bölgə”, yaxud “təhlükəsiz bölgə” adlanan planı bir daha rədd etdi. Belə bir vəziyyətdə ABŞ-ın Rusiya qarşısında geri çəkildiyi deyilir. Lakin Obamanın qarşı çıxdığı məsələ Əsəd rejimi ilə ABŞ prezidentinin ortaq hədəfə vurduqları görüntüsü yaradır”, - deyə müəllif bildirir.


Tehsil-press.az

Oxşar xəbərlər