Cənubi Koreya İrandan neft idxalını dayandırdı

Cənubi Koreya İrandan neft idxalını dayandırdı Bu ilin avqust ayında Cənubi Koreya İrandan xam neft idxal etməyib. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, iyulda Cənubi Koreyanın İrandan sutkalıq neft idxalının həcmi 194 min barel təşkil edib ki, bu da ölkəyə Hindistan və Çinlə birlikdə ilk 3-lüyə daxil olmağa imkan verib.
Qeyd edək ki, noyabrın 4-də ABŞ-ın İrana qarşı növbəti sanksiyaları qüvvəyə minəcək. Sanksiyalar İrandan neft idxalının məhdullaşdırılmasını da ehtiva edir.
“ABŞ-la yaxşı münasibətlər Cənubi Koreya üçün prioritetdir. Ölkənin milli təhlükəsizliyi ABŞ-la hərbi alyansdan asılıdır. Odur ki, İrandan neft idxalı dayandırılıb”, - deyə Cənubi Koreyanın Energetika İqtisadiyyatı İnstitutunun əməkdaşı Kim Cekunq bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər