Bakının daşnak-bolşevik qaragüruhundan azad ediməsinin 100 illik yubileyi münasibətilə keçirilən parad Azərbaycan Türkiyə birliyinin sarsılmazlığını, əbədilyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Bunu Tehsil-press.az-a Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
C.Xəlilov bildirib: "Paradda Türkiyə və Azərbaycan Respublikası prezidentlərinin iştirakı 15 sentyabr gününün qardaş ölkələr üçün əzəmətinin, böyük əhəmiyyətinin təsdiqi olmaqla, həmin tarixi qələbəni bizlərə ərmağan etmiş şanlı Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinə sonsuz minnətdarlığın ifadəsi idi.
1918-ci ilin 15 sentyabrında ölkəmizin paytaxtını düşmən qüvvələrdən təmizləməklə onun türk-müsəlman əhalisini real məhvolma təhlükəsindən qurtarmış Türkiyə və Azərbaycan hərbçilərinin rəşadəti nəsillərə nümunədir.
Bu gün Azərbaycan Pespublikası Silahlı Qüvvələrində xidmət edən əsgər və zabitlər öz sələflərinin igidlik, mərdlik yolunu inamla davam etdirirlər. Paradda nümayiş etdirilən yüksək hərbi-texniki hazırlıq, həqiqi peşəkarlıq, qardaşlıq duyğularından doğan coşqu onu izləyənlərə 100 il əvvəlki ovqatı təkrar yaşatdı. Öz ordusu ilə haqlı yerə qürur duyan, onun gücünə, qüdrətinə güvənən xalqımız Azərbaycan əsgərinin Ermənistan hərbi hissələrinin işğalı altında olan torpaqlarımızı tezliklə azad edəcəyinə inanır. Azərbaycan Pespublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyevin gündəlik qayğısı və diqqəti ilə güclənən, döyüş qabiliyyəti artan Ordumuzun son iki ildəki uğurları bunun birmənalı təsdiqidir.
Yüksək səviyyədə hazırlanaraq keçirilən Bakının qurtuluşunun 100 illiyinə həsr edəimiş parad həm də Azərbaycan-Türkiyə birliyinin ötən əsrin əvvəllərindəki xilaskarlıq missiyasının 100 il sonra Qarabağda təkrarlana biləcəyi barədə dünyaya, xüsusilə ermənilərə ünvanlanmış mesajı oldu".
Tehsil-press.az