Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın problemi olduğu kimi, Türkiyə üçün də ən böyük problemlərdən biridir.
Bunu Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad edilməsinin 99-cu ildönümünə həsr olunan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir qeyd edib ki, Türkiyə və Azərbaycan hər zaman qardaş, dost ölkələr olublar: "Türkiyə həmişə Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək".
"TurAz Qartalı - 2017" Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə toxunan diplomat vurğulayıb: "Bu təlimlər bir daha göstərir ki, Azərbaycan-Türkiyə əməkdaşlığı hərbi sahədə də inkişaf edir və ən yüksək səviyyədədir".
Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad edilməsinin 99-cu ildönümündən də danışan E.Özoral bildirib ki, bu gün Azərbaycanın hər bir yerində türk şəhidlərin qəbirlərinə rast gəlmək olar:
"Qəbirlərin bu günə qədər qalması Azərbaycan xalqının sayəsində mümkün olub. Hətta sovet dönəmində azərbaycanlılar bu məzarları öz qohumlarının, qardaşlarının qəbri kimi qoruyub saxlayıblar".
Təhsil-press.az