Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Tatarıstan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Makzum Salahov, Başqırdıstan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Alfis Qayazov və Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Kesikbayev ilə görüş keçirilib.
Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqlara rəhbərlik etdiyi elmi qurumun yaranma tarixi və burada aparılan müasir tədqiqatlar barədə məlumat verib. Bildirilib ki, 70 ildən artıqdır fəaliyyət göstərən AMEA bu müddət ərzində Azərbaycan və dünya elminə mühüm töhfələr verib, bir sıra nailiyyətlərə imza atıb. Hazırda akademiyada dünya elminin çağırışlarına cavab verən, prioritet elmi istiqamətlərdə araşdırmalar aparılır, innovativ layihələr həyata keçirilir.
AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) haqqında qonaqlara məlumat verən alim parkın yaradılmasında əsas məqsədin iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və s. dövlət dəstəyini daha da artırmaqdan ibarət olduğunu söyləyib. O, son zamanlar YT Parkda kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə bir sıra mühüm işlərin görüldüyünü qeyd edib.
Qonaqlara rəhbərlik etdiyi elm ocağında ilk dəfə 2015-ci ildən etibarən təşkil olunan magistratura pilləsi barədə məlumat verən akademik A.Əlizadə bu günədək 200-dən çox magistrantın AMEA-da təhsil aldığını deyib. O, magistraturanın təşkilində əsas məqsədin gənc tədqiqatçıları elmə cəlb etməkdən ibarət olduğunu bildirib.
AMEA-nın beynəlxalq əlaqələrindən söz açan A.Əlizadə vurğulayıb ki, rəhbərlik etdiyi qurum bir çox Avropa ölkələrinin elmi müəssisə və təşkilatları ilə sıx əməkdaşlıq edir, kadr və təcrübə mübadiləsi aparır.
Sonra çıxış edən Tatarıstan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik M.Salahov AMEA-da həyata keçirilən tədbirləri və aparılan multidissiplinar tədqiqatları yüksək qiymətləndirib. O, AMEA ilə müvafiq sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edərək, azərbaycanlı alimlərlə birgə elmi tədqiqatların aparılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
M.Salahov İT, rəqəmsal iqtisadiyyat, riyaziyyat, geologiya, geofizika kimi sahələrdə azərbaycanlı alimlərin təcrübəsinin öyrənilməsi məqsədilə onları Tatarıstan Respublikası Elmlər Akademiyasında mühazirələr oxumağa dəvət edib.
Görüşdə, həmçinin Tatarıstan Respublikası Elmlər Akademiyası, Başqırdıstan Respublikası Elmlər Akademiyası və Beynəlxalq Türk Akademiyası arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin təşkili və inkişafına dair müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb, müvafiq qərarlar qəbul edilib.
Tehsil-press.az