Bu da Hadisənin anasının intihar məktubu - “Dayana bilmirəm”

Bu da Hadisənin anasının intihar məktubu - “Dayana bilmirəm” Müğənni Hadisənin anası Gülnihal Açıkgözün intihara cəhd etdiyi iddia olunsa da, ifaçı mətbuat katibi vasitəsilə xəbəri yalanlamış, “qidadan zəhərlənib” açıqlamasını vermişdi. Ancaq “2-ci Səhifə” verilişi Hadisənin anasının intihar məktubunu yayımlayıb.
Məktubdan Gülnihal Açıkgözün dərman içərək özünü öldürmək istədiyi aydın olub. O, qızlarını ona diqqət göstərməməkdə ittiham edib:
“Haqqınızı halal edin, daha. Dayana bilmirəm. Bəlkə, aranızdan getsəm, yaxşı olar. Ağrılar içindəyəm. Atanıza 20 min avroya diş düzəltdirirsiniz. Amma mənim belimin ağrımağı vecinizə olmadı. Səbrimi daşıran son damla Hadisənin “ev sizin, maşın mənim” deməsi oldu. Hülya ilk göz ağrım. Əvvəlcə Allaha, sonra bir-birinizə əmanət olun. Allah həmişə sizləri qorusun. Təəssüf ki, nə qardaş-bacılarımdan, nə də övladlarımdan üzüm güldü...”.

Tehsil-press.az

Oxşar xəbərlər