Moskva Dövlət Universiteti Bakı filialının tələbələri MEK-i ziyarət ediblər

Moskva Dövlət Universiteti Bakı filialının tələbələri MEK-i ziyarət ediblər M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının Kimya fakültəsinin rəhbəri Tatyana Bogatova və 1-ci kurs tələbələri AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiya ediblər.
Tələbələr ekskursiyaya kitabxananın oxucuların qeydiyyatı bölməsindən başlayıblar. Sonra ziyarətçilər Sərgi salonunda Bakının erməni daşnak-rus bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr olunan, o cümlədən “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “Heydər Əliyev - 95” və digər mövzularda nümayiş olunan kitablarla tanış olublar. Eyni zamanda onlar MEK-in Diplomatik fondunu, Nadir kitab fondunu, Oxu zallarını da gəziblər, kitabxana haqqında ətraflı məlumat alıblar.

Tehsil-press.az

Oxşar xəbərlər