“Avrasiya təhsil müstəvisində dil və mədəniyyət dialoqu” konqresinin iştirakçıları BSU-da olublar

“Avrasiya təhsil müstəvisində dil və mədəniyyət dialoqu” konqresinin iştirakçıları BSU-da olublar BSU və Moldova Respublikası Slavyan Universiteti arasında müqavilə imzalanıb
28 sentyabr 2017-ci il tarixdə Azərbaycandakı Rus İcması, Moskva Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və AMEA-nın təşkilatçılığı ilə “Avrasiya təhsil müstəvisində dil və mədəniyyət dialoqu” adlı beynəlxalq konqres öz işinə başlayıb. Moskva Dövlət Pedaqoji Universitetinin xalqlararası və regionlarası siyasət üzrə prorektoru Lyudmila Dudova, Moldova Respublikası Slavyan Universitetinin rektoru Tatyana Mleçko, Bolqarıstan Respublikası Təhsil və Elm Nazirliyinin rus dili üzrə baş eksperti Stoyanka Poçekanska, Rusiya-Tacikistan Universitetinin filologiya fakültəsinin dekanı Rüstəm Səlimov, Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun rektoru Lyudmila Kuçiyeva, Moldova Dövlət Pedaqoji Universitetinin rus dilinin tədrisi metodikası kafedrasının professoru Vladislav Yançenko, Qırğızıstan Respublikası Slavyan Universitetinin rus dili kafedrasının professoru Mamed Taqayev və digər şəxslər konqress iştirakçıları sırasında Bakı Slavyan Universitetində də olublar. Qonaqları BSU-nun milli geyimli tələbələri duz-çörək və şərbətlə qarşılayıb. Konqres iştirakçılarını qəbul edən Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva onlara universitetin tarixi, xarici əlaqələri, burada fəaliyyət göstərən tədris mərkəzləri və s. Barədə müfəssəl məlumat verib. Sonra qonaqlar unuiversitetin Rusiya Tədris-Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Moska və Sankt-Peterburq auditoriyaları ilə tanış olublar. Mərkəz direktoru, dosent Gülnarə Novruzova mərkəzin fəaliyyəti, buradakı kitabxana barədə qonaqlara ətraflı məlumat verib. Bundan sonra qonaqlar BSU-nun akt zalında “Arzu” rəqs ansambılının təqdimatında müxtəlif rəqslərə tamaşa ediblər.
Təqdimatın ardından konqres iştirakçıları auditoriyalarda rus dilinin tədrisi prosesini müşahidə edib, tələbələrə öz tövsiyə və məsləhətlərini veriblər.
Görüşün sonunda universitetin konfrans zalında Moldova Respublikası Slavyan Universitetinin rektoru Tatyana Mleçko ilə BSU-nun rektoru, professor Nurlana Əliyeva arasında əməkdaşlıq barədə müqavilə imzalanıb. Müqavilədə universitetlər arasında tələbə-müəllim mübadiləsi, elmi məcmuələrin birgə nəşri və digər məslələr öz əksini tapıb. Sonda çıxış edən professor Nurlana Əliyeva Moldova Respublikası Slavyan Universiteti ilə BSU-nun əlaqələrin bundan sonra dahada inkişaf edəcəyinə və bu əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağına inandığını bildirib.
Tədbir çərçivəsində qonaqlardan ibarət bir qrup nümayəndə heyəti BSU-nun nəzdindəki Məktəb Lisey Kompleksində şagirdlər üçün keçirilən açıq dərslərdə iştirak ediblər.

BSU-nun Mətbuat xidməti


“Avrasiya təhsil müstəvisində dil və mədəniyyət dialoqu” konqresinin iştirakçıları BSU-da olublar

Oxşar xəbərlər