Mayın 3-4-də Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulub. “Azərbaycanşünaslığın aktual problemləri” mövzusuna həsr olunan tədbirin artıq hazırlıq işlərinə başlanılıb.
BSU-nun azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Sadir Məmmədov bildirib.
Onun sözlərinə görə, tədbir Ulu Öndərin irsinin öyrənilməsində, təbliğində mühüm rol oynayacaq. Konfrans günlərində dünyanın bir çox ali məktəblərinin, elm ocaqlarının, diplomatik korpuslarının diqqəti respublikamıza yönələcək.
S.Məmmədov diqqətə çatdırıb ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Sərəncamından irəli gələn vəzifələr də konfrans materiallarında öz əksini tapacaq. Ümummilli Liderin tariximizə daim xüsusi həssaslıqla yanaşdığını vurğulayan S.Məmmədov həmin ənənənin Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirildiyini bildirib.
“Konfransda iştirak edəcək ali təhsil müəssisələrinə, elmi-tədqiqat mərkəzlərinə artıq dəvətnamələr ünvanlanıb. Bu sırada Ukraynanın Çerniqov Milli Texnologiya Universiteti, Rusiya Ural Federal Universitetinin Sosial və Siyasi Elmlər İnstitutu, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Kiyev Milli Linqvistik Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti, Moskva Dövlət Linqvistik Universiteti və digər ali təhsil ocaqları var”, - deyə S.Məmmədov əlavə edib.

BSU-nun Mətbuat Xidməti