Aprelin 1-də Bakı Slavyan Universitetində (BSU) “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda tələbə və magistrantların respublika elmi konfransı keçirilib. Tədbirin əvvəlində Dövlət himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva konfransın mahiyyəti barədə danışıb. Rektor qeyd edib ki, konfransın məqsədi gənclərin müasir dövrdə Azərbaycanşünaslığın inkişafı və dünya ölkələrində Azərbaycan dilinin tədrisi ilə bağlı məsələlərin tədqiqinə cəlb edilməsidir. Tərcümə fakültəsinin təşkil etdiyi konfransı yüksək qiymətləndirən professor Nurlana Əliyeva vurğulayıb ki, tərcüməşünaslıq elminin kökündə multikultural dəyərlər dayanır. Multikulturalizmin hökm sürdüyü Bakı Slavyan Universitetində belə konfransların ənənəvi olaraq keçirildiyini deyən N.Əliyeva konfransın gələcək tərcüməçilərimiz üçün böyük təcrübə olduğunu diqqətə çatdırıb, konfransın işinə uğurlar arzulayıb.
Çıxış edən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov tərcüməşünaslıq elminin bütün elmləri özündə ehtiva etdiyini qeyd edib. Prorektor tərcüməşünaslığın peşəkarlıq tələb etdiyini, bu konfransın gənclərin bilik və bacarıqlarının ortaya çıxarılması üçün mühüm şans olduğunu deyib. O, eyni zamanda konfransın tərcümə fakültəsi ilə yanaşı silsilə olaraq digər fakültələr arasında da keçiriləcəyini, müxtəlif mövzuları əhatə edəcəyini vurğulayıb.
Sonra BSU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Aygün Mahmudova elmi konfransın işi barədə iştirakçılara ətraflı məlumat verib. O, qeyd edib ki, konfrans respublikanın 12 ali məktəbini (Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası , Azərbaycan Dillər Universiteti , AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı) əhatə edir. TEC sədri bildirib ki, konfras öz işini 5 bölmə üzrə davam etdirəcək. Bölmələrdə iştirak edən tələbə və magistrantlara sertifikatlar, fərqlənən iştirakçılara isə diplomlar təqdim ediləcək.
Konfransda BDU-nu təmsil edən Aynur Mustafayeva, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının magsitrantı Bəhruz Səmədov, BSU-nu təmsil edən Fatimə Zeynalova, GDU-dan Xanım Əmiraslanova hazırladıqları mövzular barədə məlumat verərək gənclər üçün yaradılmış şəraitə görə BSU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

BSU-nun Mətbuat Xidməti