Vyetnam nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

Vyetnam nümayəndə heyəti Bakı Dövlət Universitetində olub Vyetnam Milli Assambleyasının sədr müavini Uong Chu Luunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.
Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov bu ali təhsil ocağının 100 illik yubiley ərəfəsində olduğunu deyərək onun tarixi, beynəlxalq əlaqələri barədə məlumat verib. Rektor Azərbaycan-Vyetnam əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq təhsil sahəsində yeni layihələrin həyata keçirilməsinin önəmli olduğunu bildirib. Belə ki, universitetdə ərəb, fars, türk, ibri, urdu, yapon, Çin və Koreya dilləri üzrə mərkəzlərin olduğunu, vyetnam dili və ədəbiyyatının tədrisi istiqamətində birgə addımların atılmasının da faydalı ola biləcəyini qeyd edib.
Vyetnam Milli Assambleyasının sədr müavini Uong Chu Luu, öz növbəsində, məzunu olduğu bu ali təhsil ocağında yenidən olmasından məmnunluğunu ifadə edib. Vyetnamdan 4 minədək məzunun Azərbaycan universitetlərini bitirdiyini, nümayəndə heyətində iştirak edənlərin əksəriyyətinin də BDU məzunu olduqlarını diqqətə çatdırıb.
Görüşdə Vyetnam universitetləri ilə əlaqələrin yaradılması, elm və təhsil sahəsində müəllim-tələbə mübadiləsi, Vyetnam dilinin tədrisi və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nümayəndə heyəti universitetin elmi-tədqiqat laboratoriyalarında, muzeylərində, Hüquq fakültəsində olub, xatirə şəkilləri çəkdiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər