Dekabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Vyetnam Parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Tran Dinh Nha və Vyetnam Dostluq Təşkilatları Birliyinin nümayəndəsi Nguyen Hoang Tu ilə görüşüb.
Görüşdə ADNSU-nun Avropa və Asiya regionunda ilk neft təmayüllü ali məktəb olduğunu deyən M.Babanlı burada Vyetnam da daxil olmaqla dünyanın ayrı-ayrı ölkələrinin vətəndaşlarının təhsil aldığını qeyd edib. İndiyədək bu ali məktəbdə Vyetnam Sosialist Respublikası üçün yüzlərlə mütəxəssis hazırlandığını bildirən rektor vyetnamlı tələbələrin yenidən universitetə cəlb edilməsi üçün birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Tran Dinh Nha Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin qurulmasında ADNSU-nun da böyük rolu olduğunu qeyd edib. Hazırda Vyetnamda bu universitetin yüzlərlə məzunu olduğunu deyən qonaq onların əksəriyyətinin ölkəsinin özəl və dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını diqqətə çatdırıb. Vyetnamda ADNSU məzunlarını birləşdirən təşkilatın fəaliyyət göstərdiyini söyləyən Tran Dinh Nha universitetlə əlaqələrin inkişaf etdirilməsi üçün çalışacağını vurğulayıb.
Sonra qonaqlar ADNSU-nun tarix muzeyini ziyarət ediblər.
Hikmət Əliyev