Malidə partlayış baş verib. Partlayış nəticəsində Mali Silahlı Qüvvələrinin 7 əsgərinin və 1 dinc sakinin öldüyü bildirilir. Partlayış xəbərini ölkənin Müdafiə Nazirliyi təsdiq edib. Məlumata görə, iki hərbi maşın partlayıcı qurğu vasitəsilə partladılıb. Ölən dinc sakinin də maşınlardan birininin sürücüsü olduğu qeyd edilir.Tehsil-press.az













