ADNSU ilə Rusiyanın Yuqorsk Dövlət Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU ilə Rusiyanın Yuqorsk Dövlət Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb İyulun 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının Rusiyanın Yuqorsk Dövlət Universitetinin tədris işləri üzrə prorektor müşaviri, dosent Roman Şamileviç ilə görüşü olub.
Görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. ADNSU ilə Rusiya universitetləri arasında qurulan əməkdaşlıq əlaqələrindən danışan rektor əməkdaşlığın genişləndirilməsi üçün birgə startap layihələrinin reallaşdırılmasının vacibliyini vurğulayıb.
M.Babanlı universitetin əsas məqsədinin təkcə neft-qaz sahəsi üzrə deyil, həmçinin sənayenin digər sahələri üzrə də yüksəkixtisaslı mütəxəssislər hazırlamaq olduğunu bildirib.
Yuqorsk Dövlət Universitetinin tədris işləri üzrə prorektor müşaviri R.Şamileviç ADNSU ilə əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə neft-qaz sahəsi üzrə birgə kadr hazırlığı, tələbə mübadiləsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonra ADNSU ilə Yuqorsk Dövlət Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU ilə Rusiyanın Yuqorsk Dövlət Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

Oxşar xəbərlər