ABŞ prezidenti Donald Tramp neftin hazırki qiyməti ilə bağlı dəyərləndirmələrində qismən haqlıdır. Rusiyanı daha aşağı – barreli 65-75 dollar səviyyəsi olduqca qane edərdi.
Bu sözləri Rusiya lideri Vladimir Putin deyib:
“Prezident Tramp hesab edir ki, bu qiymət yüksəkdir. Mənə elə gəlir ki, o, qismən haqlıdır. Bizi barreli 65-70-75 dollar qane edir. Bu, enerji şirkətləri və investisiya prosesinin effektivliyini təmin etmək üçün kifayət qədər normal qiymətdir”.
Bununla yanaşı, Putin vurğulayıb ki, neftin bugünki yüksək qiyməti indiki amerika administrasiyasının fəaliyyətinin nəticəsidir:
“Mən artıq demişəm. Bizim ABŞ prezidenti ilə Helsinkdə çox yaxşı görüşümüz oldu. Lakin indi müzakirə etdiyimiz məsələyə o zaman toxunsaydıq, ona deyərdim: “Donald, əgər qiymət artımındakı günahkarı tapmaq istəyirsənsə, o zaman güzgüyə bax””.
Tehsil-press.az