Azərbaycan Dillər Universitetində (ADU) 5 oktyabr- Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bədii tədbir keçirilib.
ADU-nun rektoru akademik Kamal Abdulla bu gün münasibətilə professorları, müəllimləri, o cümlədən tələbələri təbrik edib, can sağlığı, ailə səadəti arzulayıb. K.Abdulla müəllimliyin yüksək peşə olduğunu, tələbələrin də bu istiqamətdə irəlilədiklərini və müəllimlik peşəsinə yiyələnmək istəyən gənclərin sayının günü-gündən artdığını bildirib: “Müəllimlik peşəsi vətən, millət üçün faydalıdır. Auditoriyada bu, ikitərəfli prosesdir. Ona görə ki, müəllim auditoriyada öyrətməklə yox, həmçinin öyrənməklə məşğuldur. Bu öyrətmə prosesi hökmən ikitərəfli olur. Tələbənin üz ifadəsindən, jestindən, gözlərinin qıyılmasından və başqa hallardan müəllim özü üçün müəyyən nəticələr çıxarır. Deməli, eyni zamanda öyrənmiş olur. Ona görə də bu gün yalnız müəllimlərin peşə bayramı deyil, eyni zamanda hər bir tələbənin də peşə bayramı sayıla bilər”.
Rektor K.Abdulla burada müəllimlərin universitet adından xüsusi pul mükafatı ilə təbrik olunacağını deyib. Bu gün ADU-nun məzunlarının yalnız Bakı ərazisində yerləşən məktəblərdə deyil, həmçinin qaçqın məktəblərində də çalışdıqlarını söyləyən rektor onların bir çox digər qurumlarda universitetin adını ləyaqətlə təmsil etdiklərini, ölkə xaricində müxtəlif konfranslarda, tədbirlərdə uğurla iştirak etdiklərini, ölkəmizin adını uca tutduqlarını vurğulayıb. K.Abdulla “Heydər Əliyev multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq konfransının müxtəlif ölkələrin universitetlərində təbliğ olunmasının ADU-nun müəllimləri, alimlərinin zəhməti hesabına baş tutduğunu deyib:
“Universitetə gələn xarici qonaqlar, yüksək vəzifəli şəxslər, səfirlər burada gedən prosesləri yüksək səviyyədə dəyərləndirirlər. Bu yaxınlarda Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi prosesi universitetimizin hansı beynəlxalq imicə malik olduğunun yüksək səviyyədə göstərir. Bu proseslərdə hamımızın böyük zəhməti var, bu zəhmətə görə hamınıza təşəkkür edirəm”.
Ölkə prezidenti İlham Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün yaratdığı bu ab-havanın, insani, şərəfli mühitin müəllimlər üçün də fərəhləndirici hal olduğunu deyən rektor K.Abdulla ADU-nun Prezidentin dəst-xəttini davam etdirdiyini qeyd edib: “ADU Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərini dünyada yaymaq istiqamətində titanik zəhmətini yüksək qiymətləndirir və bu işlərdə Prezidentimizə yaxından kömək edir, müxtəlif tədbirlərdə, görüşlərdə bu barədə məlumat verir, inandırırıq ki, Azərbaycan xalqı, milləti dünən olduğu kimi, bu gün də öz ölkə başçısının, bayrağının, gerbinin ətrafında sıx birləşib xalqımızı da, vətənimizi də daha yaxşı gələcəyə aparmağa hazırdır. Eşq olsun bizim müəllimlərimizə”.
Rektor K.Abdulla simvolik olaraq universitet müəllimlərini təmsil edən ali təhsil ocağının ən yaşlı müəllimi Xarici dillərin tədrisi metodikası kafedrasının professoru Gəray Yusifzadə və ən gənc müəllimi Təlimdə İnnovasiyalar kafedrasının müəllimi Vüsalə Məmmədovanı səhnəyə dəvət edib, onlara hədiyyələr təqdim edib: “Gəray müəllimlə uzun illər birgə çalışmışıq, həqiqətən də universitetin ləyaqətli müəllimlərindən biridir. Vüsalə müəllimə universitetimizin ən gənc müəllimidir. Ən yaşlı və ən gənc müəllim bütün universitet müəllimlərini simvolik olaraq təcəssüm etdirirlər”.
Rektor K.Abdulla həmçinin bu gün müəllimlərini təbrik edən tələbələrə də təşəkkürünü bildirib: “İşə gələndə qapımda tələbələrin hazırladıqları balaca kağızlarda yazılmış təbrikləri gördüm və qəhərləndim. Gənclər məni bayram münasibəti ilə təbrik ediblər. Eşitdim ki, başqa müəllimlərin də otaqlarının qapılarına yapışdırıblar. Mən onları qapı təbrikləri adlandırıram. Qapı təbriklərinə görə hamınızı bağrıma basıram, təşəkkür edirəm”.
Daha sonra universitetin tələbələri qeyd olunan gün haqqında məlumat veriblər, mahnılar, rəqs, şeirlər ifa ediblər, ADU-nun “Dillilər” şən və hazırcavablar komandası səhnəciklə çıxış ediblər.

ADU-nun Mətbuat Xidməti