ADU-nun Konfutsi İnstitutunun əməkdaşı Çində kurslarda iştirak edib

ADU-nun Konfutsi İnstitutunun əməkdaşı Çində kurslarda iştirak edib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Xaricdə Çin dilinin yayılması üzrə Dövlət dəftərxanasının Pekin Dillər və Mədəniyyət Universitetində təşkil etdiyi yüksək səviyyəli tərcüməçilik kurslarında iştirak edib. Əsas məqsədi Çin dili üzrə yazılı və şifahi tərcümə bacarıqlarını təkmilləşdirmək olan kurslara qatılan iştirakçılar Çin dilinin müasir prinsipləri və tədrisi metodları ilə tanış olub, Çin diplomatiyası və fəlsəfəsi üzrə mühazirələr dinləyib, Çinin rəssamlıq və xəttatlıq sənəti üzrə ustad dərslərində iştirak ediblər. Ə.Balayeva, həmçinin ADU-nun nəzdindəki Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov tərəfindən Çin dilində hazırlanan, Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabının təqdimatını keçirib. Təqdim olunan kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-2017-ci illər ərzində Azərbaycan və Çin arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin inkişafı sahəsində göstərdiyi geniş fəaliyyət öz əksini tapıb.
ADU-nun Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov vurğulayıb ki, Konfutsi İnstitutunun əməkdaşlarının belə yüksək səviyyəli kurslarda iştirak etməsində əsas məqsəd ADU-da Konfutsi İnstitutu tərəfindən yaradılmış informasiya bazasının ictimai-siyasi materiallar, rəsmi sənədlərlə zənginləşdirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını Çin dilinə yüksək səviyyədə tərcümə etməkdir.
Qeyd edək ki, kurslarda Rusiya, ABŞ, Ukrayna, Özbəkistan və s. ölkələrin təmsilçiləri iştirak edib.

ADU-nun Mətbuat Xidməti


ADU-nun Konfutsi İnstitutunun əməkdaşı Çində kurslarda iştirak edibADU-nun Konfutsi İnstitutunun əməkdaşı Çində kurslarda iştirak edibADU-nun Konfutsi İnstitutunun əməkdaşı Çində kurslarda iştirak edib

Oxşar xəbərlər