Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutunun direktoru Oqtay Cəlilbəyli və institutun Çin tərəfdən direktoru Luo Xinzuhi Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Görüşdə AzTU ilə BDU-nun nəzdindəki Konfutsi İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə AzTU-nun bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinə Çin dilinin öyrədilməsi, universiteti Çin dili müəllimləri ilə təmin edilməsi, tələbələr üçün bu ölkədə yay və qış məktəblərinin təşkil olunması nəzərdə tutulub. Həmçinin Çin dilinin və mədəniyyətinin təbliği üçün birgə konfrans, simpozium və tədbirlərin təşkili də müqavilədə razılaşdırılıb.
AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov qonaqlarla ali məktəbin fəaliyyət istiqamətləri barədə məlumat verib.
X.Yahudov AzTU-da çinli tələbələrin də təhsil aldıqlarını diqqətə çatdırıb, universitetdə texniki ali təhsilin bütün istiqamətlərin üzrə kadr hazırlığının həyata keçirildiyini söyləyib. Bildirilib ki, Azərbaycan ilə Çin Xalq Respublikası arasındakı dostluq əlaqələri iki ölkənin təhsil sahəsində mütərəqqi nailiyyətlərin əldə olunmasına zəmin yaradıb.
AzTU ilə bağlı təəssüratlarının yüksək olduğunu qeyd edən qonaqlar universitetlə Çinin ali məktəblərinin qısa zamanda səmərəli əməkdaşlığa nail olacağına əminliklərini bildiriblər. Qeyd olunub ki, Çində texniki ali təhsil üzrə ixtisaslar və ixtisaslaşmış texniki profilli universitetlər var. Gələcəkdə həmin universitetlərlə AzTU arasında əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi planlaşdırılır.
Hüseyn Şərifov