Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 86,49 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 1,21 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 85,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,2 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 9-da 82,64 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,24 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 9-da 85,21 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,22 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər