Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı çox mürəkkəb şəraitdə qəbul edilib

Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı çox mürəkkəb şəraitdə qəbul edilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunan iclas keçirilib.
UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, iqtisad elmlər namizədi, dosent Şaiq Əsgərov tədbir iştirakçılarını Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik edib. Ş.Əsgərov bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Ümumxalq səsverməsi keçirildi və səsvermə hüququ olan əhalinin 95 faizi referendumda iştirak edərək yekdilliklə ölkəmizin dövlət müstəqilliyinə tərəfdar çıxdı. Azərbaycanın müstəqilliyini dünya dövlətləri tanıdı.
Ş.Əsgərov qeyd edib ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Müstəqilliyimizin siyasi və iqtisadi sütunları Prezident İlham Əliyevin rəhbərliyi altında getdikcə daha da möhkəmlənir. İqtisadi artım tempinə görə ölkəmiz regionda liderliyini qoruyur.
Tədbirdə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Yeni Azərbaycan Partiyasının Səbail rayonu UNEC ilk ərazi təşkilatının sədri, iqtisadi məsələlər üzrə prorektor Mikayıl Zeynalov “Dövlət müstəqilliyimiz: dünən, bu gün və sabah” mövzusunda çıxış edib. O bildirib ki, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının çox mürəkkəb şəraitdə qəbul edilib. Lakin indi Azərbaycan demokratik quruculuq yolunda inamla addımlayır.
Tədbir bədii hissə ilə davam etdirilib.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər