Xətai Sənət Mərkəzində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Zirvələrə doğru” adlı yaradıcılıq sərgisi keçirilib. Paytaxt məktəbliləri və müəllimlərinin əl işlərindən ibarət sərgidə Nəsimi Rayon İcra Hakimiyyətinin, BŞTİ-nin və Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri, BŞTİ-nin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi və şagirdlər iştirak ediblər.
Tədbirdə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Könül Mustafayeva iştirakçıları Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, müstəqilliyin bərpasından sonra ölkəmizin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb.
Çıxış edənlər o dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışıb və XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildiriblər. Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi gün - 1991-ci il oktyabrın 18-i xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar olub və bütün sahələrdə uğurlu islahatlar həyata keçirilib. Vurğulanıb ki, Ümummilli Liderin Azərbaycanın zəngin, qüdrətli ölkəyə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilir.
Qonaqlar daha sonra 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunan sərgiyə baxıblar. Sərgidə 30 əl işi və 90 rəsm yer alıb.
Rəssamlar İttifaqı tərəfindən müəllim və şagirdlərə diplom və sertifikatlar təqdim edilib.
Tədbir 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin musiqi və rəqs nömrələri ilə davam etdirilib.
Tehsil-press.az