Azərbaycan Dillər Universitetində (ADU) universitetin Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində 18 Oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva tədbirin Azərbaycan tarixində mühüm hadisə kimi yer tutan Dövlət Müstəqilliyi Gününə həsr olunduğunu bildirib. O, qeyd edib ki, xalqımız əsrlər boyu müstəqilliyin arzusunda olub, bu gün isə biz əldə etdiyimiz müstəqilliklə fəxr edirik.
Daha sonra tədbirin bədii hissəsi başlayıb. Universitetin tələbələri qədimdən bu günə kimi ölkəmizin tarixi ərazisində formalaşan dövlətlər və onların ərazisi haqqında ətraflı məlumat veriblər. Onlar qeyd ediblər ki, Azərbaycan XX əsrdə, mürəkkəb tarixi bir şəraitdə Xalq Cümhuriyyəti və müstəqil Azərbaycan Respublikasının timsalında iki dəfə müstəqillik əldə edib. Tədbirdə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin siyasi, iqtisadi sahədə yüksələn xətlə inkişaf etdiyi, onun siyasi kursunun Prezident İham Əliyev tərəfindən layiqincə davam etdirildiyi qeyd olunub.
Tədbirdə həmçinin “Azərbaycan tarixi 5 dəqiqədə” adlı milli animasiya filmi nümayiş olunub, Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri səsləndirilib.
ADU-nun Mətbuat xidməti